Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.

Çingiz Mustafayev 1960-cı il 29 avqust tarixində Rusiyanın Astraxan vilayətində hərbçi ailəsində anadan olub. Çingizin 4 yaşı olanda ailəsi Bakı şəhərinə köçür. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirir və Azərbaycanın Dəvəçi adlanan ucqar şimal rayonunda tibbi karyeraya start verir. Lakin Çingizin şərəfli gələcəyi onun ixtisası ilə bağlı deyildi. Müasir Azərbaycan tarixində özünəməxsus rol oynamaq taleyinə yazılmış Çingiz tezliklə öz həqiqi arzusu olan jurnalistika sahəsinə üz tutur.

O, həvəskar karyerasına 1990-cı il 20 yanvar tarixində Sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri lentə alaraq başladı. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlanan kimi Çingiz öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr etdi. Sonralar 1991-ci ilin oktyabr ayından o, Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərmişdir. Xarizmatik gənc jurnalist qısa zaman ərzində auditoriyanın sevgisini qazandı. Çingiz Mustafayevin reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.

Yəqin ki, onun qısa müddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq olmuşdur. Ermənistan qüvvələrinin amansız atəşinə məruz qaldığına baxmayaraq Çingiz bu qətliamı sənədləşdirmək üçün helikopterlər ilə bir qrup jurnalistlər ilə birlikdə iki dəfə qətliam yerinə səfər etməyə nail olmuşdur. O, Xocalının qarla örtülmüş sahələri boyunca uzanmış yüzlərlə cəsədi lentə ala bilmişdir. Onun filmində çəkiliş apararaq qırğını təsvir edən Çingizin səsi onun hönkürtüləri və emosiyaları ilə əks-səda verirdi. O, gördüyü bu səhnəni bu cür təsvir edirdi:

“Ölənlər arasında 2 yaşla 15 yaş arası onlarla uşaq, qadın, yaşlı var idi, çoxuna isə alnının tən ortasına yaxın məsafədən atəş açılmışdı. Cəsədlərin vəziyyəti onu göstərirdi ki, insanların çoxu soyuqqanlılıqla, qəsdən öldürülüb, heç bir mübarizə, yaxud qaçmağa çalışırcasına əlamət yox idi. Bəzilərini kənara çəkib tək başına güllələmişdilər; bəzi hallarda isə bütün ailənin birdən güllələndiyi görünürdü. Bəzi cəsədlərdə bir neçə yara izi var idi ki, bunlardan biri həmişə başda olurdu bu da yaralının öldürüldüyünü sübut edirdi. Uşaqların qulaqlarını kəsmişdilər; orta yaşlı qadının üzünün sol tərəfinin dərisi, kişilərin isə başlarının dərisi soyulmuşdu. Üstü-başı qarət edildiyi açıq-aşkar görünən cəsədlər var idi”.

Çingiz Mustafayev 1992-ci il 15 iyun tarixində Naxçıvanlı kəndində hərbi əməliyyatların çəkilişi zamanı aldığı mərmi qəlpəsindən həyatını itirmişdir. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.