Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil bəyanat imzalayaraq, Xocalı soyqırımını növbəti dəfə kəskin şəkildə pisləyib. Bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı artıq ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyanatda qubernator N.Dil Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu bildirir və bununla bağlı dərin kədərini ifadə edir.

Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki əhalinin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb. Həmçinin qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.

Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictimaiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyinə ümidvar olduğunu vurğulayır.

Qubernator N.Dil sənədin sonunda bildirir: “Qoy tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!”