Kampaniyanın məqsədlərini dəstəkləyən fərdi şəxslər, vətəndaş cəmiyyəti təşkilatları, sosial strukturlar və aktivistlər kampaniyaya qoşula və onun fəaliyyətlərində iştirak edə bilərlər. İştirak üçün bir çox yollar mövcuddur. Hər bir töhfə dəyərlidir və yüksək qiymətləndirilir.

  1. KAMPANİYA BARƏDƏ ÖYRƏN. İnternet səhifəsini nəzərdən keçir; kampaniya, onun məqsəd və fəaliyyətləri ilə tanış ol.
  2. DƏSTƏYİNİ İFADƏ ET. Dəstəyini ifadə etmək üçün internet səhifəsində qeydiyyatdan keç; dəstəkçı ol; məlumatlı qal; və tədbirlərə dəvət al.
  3. PETİSİYANI İMZALA. Beynəlxalq təşkilatların rəhbərləri və Birləşmiş Millətlər Təşkilatının daimi üzvlərindən Xocalı soyqırımının tanınması istiqamətində kampaniyanın məqsədlərini dəstəkləməsini və cinayət törətmiş şəxslərin cəzalandırılması üçün tədbirlər görməsini tələb et.
  4. ÖZÜNÜ İFADƏ ET. Xocalı barədə öyrənmək və / və ya Xocalıya ədalət üçün kampaniya aparmaq sahəsində öz təcrübən barədə məktub və ya inşa yaz.
  5. MƏLUMAT PAYLAŞ. Kampaniya, onun məqsəd və fəaliyyəti barədə yerli qəzetə məqalə yaz, radio stansiyasına məlumat ötür və dostlarını məlumatlı saxla.
  6. ÖZ TƏDBİRİNİ TƏŞKİL ET. Yaşadığın icmada məlumatlılığı artır! Kampaniya təqdimat, foto sərgi, xatirə günü və digər bu kimi ictimai tədbirlər təşkil etmək üçün sizin təşəbbüsləri dəstəkləyəcəkdir. Müvafiq texniki təfərrüatlar ilə kampaniyaya müraciət et.  
  7. MƏLUMATLI QAL. Bizim aylıq mətbuat buraxılışına qoşul və bizi sosial mediada izlə.   
  8. KAMPANİYA ÜÇÜN KÖNÜLLÜ OL. Kampaniyamız könüllü olmaq üçün marağınızı yüksək qiymətləndirir. Könüllülərimiz məqsədlərimizi həyata keçirmək və tədbirlərimizə töhfə vermək üçün gərgin işləyir. Kampaniyanın könüllüsü olmaq üçün info@justiceforkhojaly.org emaili vasitəsilə bizə müraciət et.
  9. FOTO XƏBƏR YARAT. Hisslərini foto/rəsm nümunələri ilə ifadə et və onu internet səhifəmiz və sosial media vasitəsi ilə paylaşmaq üçün bizə göndər.
  10. MALİYYƏ DƏSTƏYİ AYIR. Həqiqətin yayılması və münaqişənin nəticələri və Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinin geniş faydaları barədə maarifləndirmənin artırılması üçün il boyu təşkil edilən tədbirlərə maliyyə töhfəsi verməklə kampaniyaya dəstək göstər.