Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyədə fəaliyyət göstərən BİLGESAM-ın (Strateji Araşdırmalar Mərkəzi) birgə təşkilatçılığı ilə İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar “dəyirmi masa” keçirilib.

BİLGESAM-ın qərargahında keçirilmiş tədbirdə diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri, alimlər, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra BİLGESAM-ın rəhbəri, professor Atilla Sandıqlı “dəyirmi masa”da çıxış edib.

Sonra professor Alaeddin Yalçınkaya Xocalı soyqırımının dünya birliyi və beynəlxalq məhkəmələr tərəfindən qəbul edilməsinə dair hüquqi prosedurlar barədə məlumat verib.

Milli Məclisin deputatı Qənirə Paşayeva, İstanbuldakı baş konsulluğumuzun konsulu Kənan Murtuzov və AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı üzrə xüsusi müxbiri Sabir Şahtaxtı Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıblar.

Çıxışlarda diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərə BİLGESAM-ın da töhfə verməsi xalqlarımızın və ölkələrimizin ümumi maraqlarına uyğundur. Diqqətə çatdırılıb ki, erməni cəlladlarının XIX əsrin sonlarından bəri Azərbaycan və Türkiyə xalqlarına qarşı həyata keçirdikləri qanlı cinayətlər barədə dünya birliyinə geniş və təsirli məlumat verilməsində BİLGESAM böyük imkanlara malikdir.

Sonra Xocalı soyqırımı, o cümlədən təcavüzkar Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialarına dair suallar cavablandırılıb.