Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
06 Mart 2017

İtaliyanın kütləvi informasiya vasitələri bu ölkənin müxtəlif şəhərlərində Xocalı soyqırımının 25-ci ildönümünün anılması ilə bağlı təşkil olunmuş tədbirlər barədə çoxsaylı xəbərlər, reportajlar və məqalələr yayıb.

Romada təqdim olunmuş “10 hekayə. Bunlar həqiqət ola bilərdi” ədəbi-musiqili tamaşa barədə veriliş və reportajlar “AB Channel - Sky 835” və “Retesole TG Lazio” televiziya kanallarında nümayiş olunub. Habelə bu tamaşa barədə “Agenpress”, “Radio Colonna”, “Piu Culture”, “Andradelab”, “Dazebaonews”, “Il Primato Nazionale”, “Maddaloneinews”, “Caserta Prima Pagina”, “Otto Pagine”, “Caserta Zon”, “Opinione Pubblica”, “Daily Cases”, “Radio Artista”, “Eurasia News” kimi xəbər portallarında məlumatlar yayılıb.

Neapol şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir barədə “Canale 21” televiziya kanalında, “Terre di Campagna”, “Daily Cases”, “Il Denaro”, “Efetto Napoli” kimi xəbər portallarında xəbərlər verilib. Siciliyanın Kataniya şəhərində keçirilmiş tədbir isə “Globus Television” televiziya kanalının diqqətində olub.

Bununla yanaşı, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə “Agenparl” xəbər agentliyinə və “Globus Television” televiziyasına müsahibələr verib, Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın məqaləsi “Daily Cases”, “Caratteri Liberi” və “Andradeleb” kimi portallarda, italyan jurnalistlər Domeniko Letizia, Romolo Martelloni və tədqiqatçı Daniel Pommierin məqalələri isə müvafiq olaraq “Opinione” qəzetində, “Notizie Geopolitiche” və “Media Periscope” portallarında verilib.