Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
22 Fevral 2016

Fevralın 22-də Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da olub.

Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla, 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev deyib: “Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda mülki vətəndaşların soyqırımına gətirib çıxarmış hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət verməyə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün 2008-ci 8 may il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla, 30-dan artıq ölkədə 100 mindən çox insanın və 100-dən artıq milli qrup və assosiasiyanın iştirakı ilə həyata keçirilib. Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyinizi xahiş edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyası qiymətin verilməsi təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməyi üçün vacibdir.

“Sonsuz dəhliz”in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı, hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ortaya çıxıb. A.Brokas postsovet ölkələri olan Litva və Azərbaycan arasında ortaq hisslər barədə danışıb. O, filmin burada rəğbətlə qarşılanmasından məmnun qaldığını vurğulayaraq deyib: “Yunanların başqalarının dərdlərinə nə dərəcədə şərik çıxmasına hazır olması məndə xoş təəssürat yaratdı”.

Filmin fasiləsi zamanı, həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.

Kitabın redaktoru İan Peart nəşrdə qurbanların günahsızlığı haqda yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk” kanallarında, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanallarında nümayiş etdirilib.