Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
28 Fevral 2017

ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğını zamanı möcüzəli şəkildə sağ qalmış Dürdanə Ağayevanın “Döyülən, amma əzmi qırılmayan: Xocalını xatırlarkən” məqaləsi dərc olunub. Məqalə müəllifi 1992-ci ilin fevralında erməni ordusunun hücumundan xilas olmağa çalışarkən əsir düşməsindən və erməni əsgərləri tərəfindən xüsusi amansızlıqla döyülməsindən yazır. D.Ağayeva o soyuq gecəni təsvir edərək yazır ki, fevralın 25-də Xocalı güclü top atəşinə tutulub. O, qaçmağa çalışanda əsir düşüb və erməni əsgərləri tərəfindən işgəncələrə məruz qalıb.

“Human Rights Watch” hüquq müdafiə təşkilatının Dağlıq Qarabağ münaqişəsində “ən kütləvi qətliam” adlandırdığı həmin gecədə 613 günahsız dinc sakin qətlə yetirilib. Müəllif qeyd edir ki, uzun illər bu hadisələri unutmağa çalışıb, amma mükafat alan erməni hərbi qulluqçusu haqqında məqaləni internetdə oxuyanda və bu hərbi qulluqçuya baxıb ona işgəncələr vermiş erməninin sifətini xatırlayanda, əsirlikdə üzləşdiyi dəhşətlər haqqında bütün həqiqəti açıqlamaq və tez-tez Xocalı hadisələrindən danışmaq qərarına gəlib.

D.Ağayeva yazır ki, Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Los-Ancelesdə yeni sənədli filmdə çəkilib. “Qaranlıqdan qaçarkən” filmi ilk dəfə fevralın 21-də Los-Ancelesdə dünya şöhrətli Tolerantlıq Muzeyində nümayiş etdirilib.

Sonda BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin, Avropa Şurasının, Avropa Parlamentinin və NATO-nun Ermənistanın davam etməkdə olan təcavüzünü pisləyən qətnamələrindən yazan məqalə müəllifi Dağlıq Qarabağ münaqişəsinin ən qısa müddətdə nizamlanacağına ümid bəslədiyini bildirir.