Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Füzuli Nağıyev / Nazilə Səlimova

Nazilə xanım və Füzuli bəyin hekayələri zəngin xatirələrlə bir-birini tamamlayırdı; bu təqdimat onların hekayələri danışmaq tərzini göstərirdi. Xocalı əhalisinin yaşadığı dəhşətlərə görə əhəmiyyətli tədbirlərin görülmədiyi və cinayəti törədənlərin bəzilərinin hələ də hakimiyyət və səlahiyyət sahibi olması Füzulinin qəzəbini artırırdı.

Həmin gecə axtarış işıqları işə düşmüşdü, hava gündüz vaxtı olduğu kimi idi…Ermənilər təhlükəsizlik dəhlizinin mövcudluğunu və əhalinin istədiyi yolla şəhəri tərk edə biləcəyini iddia edirdilər…

Ağır hərbi nəqliyyat vasitələrinin kəməri məhv etməsi ilə şəhərə qaz təchizatı dayandı və atəş başladı. Rayonun kənarındakı evlər yanırdı…Biz özümüzlə heç nə götürə bilmədik, üzərimizdə olan geyimlə evləri tərk etdik, bəziləri ayaqyalın idi. Xocalı ermənilər tərəfindən mühasirəyə alınmışdı; Ağdama getmək üçün yalnız bir yol qalmışdı, o da çay boyunca və meşənin içindən keçirdi. Yaralıları götürə bilmədik. Raketlər meşəyə od vurmuşdu. Geyimlərimiz donmuşdu və onları gəzdirmək çox çətin idi…Xocalıya heç bir aman verilmədi, hər yerdə gördüyümüz cəsədlər idi…Allahın köməyi ilə, möcüzə nəticəsində Ağdama çata bildim.                     

Açılan atəş o qədər amansız idi ki, yaşlı və yaralıları götürmək mümkün deyildi…O qədər maneələri keçmək və cəsəd daşımaq? Hər kəsə atəş oluna bilərdi – yalnız bircə çıxış yolumuz ərazini tərk etməklə xilas olmaq idi.

Qayınanam, anamın bütün qohumları, onun qardaşı hamısı girov götürüldü…Anam üç gündən sonra dəyişdirildi…Anamın saxlanma şəraiti çox sərt idi, o döyülmüşdü, ona yeməyə və içməyə heç nə verilməmişdi…Onu Əsgəranda saxlamışdılar və buraxıldıqdan sonra ömürlük xəstə qaldı…

Danışıqlar aparıldı və cəsədlər dəyişdirildi…Cəsədlərin yuyulmasında mən də iştirak etdim…Onlara işgəncə verilmişdi – cəsədlər alovdan yanmışdı, məftillə bağlanmışdı. Üç cəsədin başı bədənindən ayrılmışdı. Onlar tanımaz vəziyyətə gətirilmişdi, lakin çətinliklə onları tanıya bildik. Valideynləri Ağdama gəlmədən biz onları dəfn edə bilmədik, baş və bədənləri uyğunlaşdırdıq və örtüyə sarıdıq. Onların ailələri cəsədləri görərkən özlərini təhqir olunmuş hesab etdilər...Onların arasında üç yaşlı bir qız var idi; onlar bu uşağı öldürmüş və onun bütün bədənini doğramışdılar.           

Mənim (Füzulinin) atam Böyük Vətən Müharibəsində (İkinci Dünya Müharibəsi) almanlar tərəfindən əsir götürülmüş, lakin bu qədər amansız rəftara məruz qalmamışdı…

Mənim dörd övladım var, onlara cehiz vermək üçün bütün əmlakım var idi – hər şey arxada qaldı.     

 

Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014