Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
09 İyul 2017

Ermənistanın son təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyevanın və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması, həmçinin Sərminaz Quliyevanın ağır yaralanması ilə əlaqədar işğalçı ölkənin Londondakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Aksiyada azərbaycanlılarla yanaşı, ermənilərin terrorçu əməllərini qınayan əcnəbilər də iştirak ediblər.

Əllərində həmvətənlərimizin həlak olması və ermənilərin terrorçu siyasətləri ilə bağlı faktların əks olunduğu plakatlar tutan aksiya iştirakçıları “Biz ədalət istəyirik”, “Qarabağ Azərbaycanındır” və “Siz uşaq qatillərisiniz” kimi şüarlar səsləndiriblər.