24 Fevral 2020

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Gömrük Komitəsinin və Bakı Nəqliyyat Agentliyinin könüllü gəncləri  Bakının mərkəzi küçələrində, Heydər Əliyev Beynəlxalq Hava Limanında və Bakı Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində əcnəbilərə və gənc nəslə Xocalı soyqırımının təfərrüatlarını əks etdirən bukletlər paylayaraq Kampaniyaya dəstək nümayiş etdiriblər. Aksiyaya qoşulanlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, 28 il əvvəl Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımı barədə ətraflı məlumatlandırılıblar. Aksiya boyu insanlar xüsusi hazırlanmış çərçivədə şəkillər çəkdirib şəxsi sosial hesablarında paylaşıblar.