Kampaniyamızın əsas məqsədlərindən biri həqiqətlərin təhrif olunmasının qarşısını almaq və kampaniyamızı dəstəkləyən auditoriyanı və daha geniş ictimaiyyəti 1992-ci ildə Xocalıda baş verən hadisələr barədə düzgün və qərəzsiz məlumatlarla təmin etməkdir. Bu məqsədlə kampaniyamız qətliamın təfərrüatları, həmçinin kampaniya və onun fəaliyyəti barədə istifadəyə hazır prezentasiyalar tərtib edərək ictimaiyyətə təqdim edəcəkdir.
Bu prezentasiyalar həmin faciəvi hadisələri daha dolğun öyrənmək və kampaniyanın aktivisti kimi fəaliyyət göstərmək niyyətində olan hər kəs üçün obyektiv və müfəssəl istiqamətləndirici vasitə rolunu oynamaq məqsədilə təqdim olunur. Bundan əlavə, bu prezentasiyalar peşəkarlar tərəfindən hazırlandığından onlar praktiki əhəmiyyətə malikdir və müxtəlif üslublarda qrafikalar təqdim edir. Müxtəlif cədvəllər, xəritələr və multimedia elementləri də daxil olmaqla, qrafiki strukturları ilə yanaşı, bu prezentasiyalar üçün xüsusi izahedici qeydlər və bölmələr də hazırlanır, bu da onları bir çox məqsədlər üçün istifadə üçün faydalı vasitəyə çevirir.