Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
05 İyul 2022

İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Qrupun İndoneziya parlamenti üzrə sədri Məhəmməd İqbal tərəfindən imzalanan bəyanatda təxminən 30 il əvvəl, Birinci Qarabağ müharibəsi zamanı Xocalı şəhərində yüzlərlə dinc azərbaycanlının qətlə yetirilməsi kimi qəbuledilməz hadisənin baş verdiyi bildirilir. Qeyd olunur ki, dostluq qrupu Azərbaycanın ərazi bütövlüyünə, siyasi müstəqilliyinə və suverenliyinə, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində çoxtərəflilik və beynəlxalq hüquq prinsipləri əsasında həllinə uzunmüddətli dəstəyi bir daha bəyan edib. Həmçinin İndoneziya Nümayəndələr Palatası bölgədə davamlı sülhün əldə edilməsi üçün Azərbaycanla Ermənistan arasında danışıqlara hər cür kömək göstərməyə hazır olduğunu bildirib.