Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Pasport jurnalı (Moskva), yanvar 2011-ci il

Helen Vomak

Sovet İttifaqının dağılması bir neçə etnik münaqişə üzrə “qaynar nöqtələr” yaratdı. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində xristian ermənilər və müsəlman azərbaycanlılar Dağlıq Qarabağın dağlıq əraziləri uğrunda ağır müharibə apardılar. Hər iki tərəf qərbi öz düşmənin xeyrinə qərəzli mövqe tutmaqda təqsirləndirdilər. Jurnalistlər üçün obyektiv olmaq çətin idi.

1992-ci ilin fevralında əhalisinin əksəriyyəti ermənilər olan mübahisəli anklavın azərbaycanlıların məskunlaşdığı məntəqələrindən biri olan Xocalıda dəhşətli bir hadisənin baş verdiyi barədə xəbərlər yayıldı. Məlumatlarda yüzlərlə azərbaycanlının meyidinin qarlı dağlara yayıldığı göstərilirdi. Bu meyidlər döyüş itkinləri idilər? Yoxsa orda qətliam törədilmişdi?

Moskvada yerləşən bir qrup jurnalistlər ilə birlikdə mən Xocalıdan qaçqınların xilas üçün sığındığı Azərbaycanın sərhəd rayonu olan Ağdama gəldim. Biz gecənin yarısında yorulmuş halda çatdıq, lakin qalmaq üçün azərbaycanlı ev sahiblərinin təmin edəcəyi yerə getmək əvəzinə, biz dörd təhqir edilmiş cəsədi nəzərdən keçirmək üçün birbaşa məscidə aparıldıq.

Səhər saat üçdə mən nə etdiyimi bilmirdim. Məntiqim mənə deyirdi: “dörd cəsəd qətliam demək deyildi.” Lakin dərin düşündükdə şoka düşmüşdüm: “Biz öldükdə hamımız qırılmış kuklalara bənzəyirik,” kimi fikirləşirdim. Həmin vaxt mən gəc idim və ölümlə bağlı gördüyüm yalnız gərgin ingilis dəfn mərasimi kimi nənəmin bağlı tabutu idi.

Növbəti gün biz azərbaycanlı qadınların 75 təzə qazılmış qəbirlər üzərində ağı etdiyi bir qəbiristanlığa aparıldıq. Adətə uyğun olaraq onlar yanaqlarını sıyırmaqla qan çıxarırdılar və ritual olaraq yüksək tonla hönkürtü edirdilər. Bizə söylədilər ki, kuklalarla bəzədilmiş qəbirlər evlənmək üzrə olan gənclərin qəbirləridir. Bir çox meyidlər hələ də dağlarda qalırdı.

Qəbul etdim ki, bunlar qətliama oxşamağa başlayırdı.

Ağdam dəmiryolu stansiyasında bir qatar güllə yaraları almış qadın, uşaq və yaşlılarla dolu olan müvəqqəti hospitala çevrilmişdi. Qaçqınlar Ermənistan qüvvələrinin onlara necə hücum etməsinə, əhalinin xilas olmaq üçün neçə meşələrə qaçmasına və onların dağ keçidlərində tələyə salınaraq heç bir fərq qoyulmadan güllə atəşinə tutulmasına dair birmənalı ifadələr söyləyirlər.                             

Həkim Eldar Sıracov dəhşətli fəlakətin baş verdiyini, lakin dünyanın susduğunu dedi. “Qərb Ermənistanın geniş və təsirli diasporaya malik olduğundan həmişə onların tərəfini tutub,” söylədi.

Mən nəticələrimi çıxardım və bu xüsusda azərbaycanlıların həqiqətən də qurban olduğuna dair xəbər hazırladım. Əvvəllər başqa cür olmuşdu. “Biri altıda biri və digəri on ikidə altısı”, anam uşaq meydançalarında olan davalar barədə deyərdi. Lakin Xocalının qurbanları müsəlmanlar idilər.

Mən öz işimi bitirdim, evə gəldim və boşaldım. Bəzi müxbirlər müharibə aludəçisinə çevrilirlər, lakin məndə bir növ əsəbi düşkünlük qaldı. O cür ölüm hallarını görərək mən qəfildən hər şeydən qorxmağa başladım.  

 

Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014