Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
The Boston Globe, 3 mart 1992-ci il

Paul Quin-Judge, Bakı, Azərbaycan

Dünən Azərbaycan Ermənistan hərbçilərinin kişi, qadın, uşaqları kütləvi şəkildə qətlə yetirdiklərini və Dağlıq Qarabağdan onları çıxmağa məcbur etdiklərini deyərək ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 azərbaycanlının öldürüldüyünü və Ermənistan döyüşçülərinin qarlı dağ keçidlərində canlarını qurtarmağa çalışan kişi, qadın və uşaqları qırdıqlarını bildirdi.

Erməni rəsmiləri ölənlərin sayı barədə mübahisə edir, qırğın barədə məlumatları inkar edirdilər.

Hadisə yerində olan jurnalistlər ətraf ərazilərdə öldürülənlərin sayını dəqiq deməyin çətin olduğu söylədilər. Röytersin fotoqrafı cəsədlə dolu olan iki yük maşınını və bir rus jurnalist başqa bir ərazidə qətliamın aydın səhnələrini gördüyünü söylədi.

Helikopter ilə əraziyə gedən Azərbaycan rəsmiləri və jurnalistlər başından vurulmuş üç uşaq cəsədini götürdülər lakin, Röytersin dediyinə görə ermənilər digər cəsədləri götürməyə mane oldular.

Xocalının işğalı zamanı çox sayda mülki əhalinin öldürüldüyü barədə əlamətlər getdikcə artırdı.

Azərbaycan Televiziyası tərəfindən çəkilmiş materiallar bazar günü Ağdamın müvəqqəti morqunda arasında qadın və uşaqların da olduğu təxminən 10 nəfərin meyidini nümayiş etdirdi. Əsas televiziya stansiyasında müxbirin verdiyi məlumata əsasən 180 nəfərin cəsədi işğal edilən ərazidən gətirilib. Yaxınlıqdakı ərazidən uçan helikopter başqa insan cəsədlərini gördüyünü deyib, fransız fotoqrafın dediklərinə istinadən BBC bildirir ki, qadınlar və uşaqlar da daxil olmaqla 31 ölünün cəsədini sayıb, çoxuna da başlarına yaxın məsafədən atəş açılıb.

Eyni zamanda Xocalının meri Elmar Məmmədov tərəfindən Bakıdakı mətbuat konfransında hücumlarda 1000 adamın həlak olduğu, 200 nəfərin itkin düşdüyü, 300 nəfərin əsir götürüldüyü və 200 nəfər şəxsin yaralandığı bildirildi. Məmmədov erməni təcavüzkarlarının yolunu təmizləyən və hücumlara rəhbərlik edən 366-cı alayın zirehli döyüş maşınlarını günahlandırır və ittiham edirdi.