Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
The Independent, 6 mart 1992-ci il

Helen Vomak, Ağdam, Azərbaycan

Azərbaycan rəsmiləri 600-ə kimi mülki əhalinin Dağlıq Qarabağın dağlarında törədilmiş qırğından sağ qaldığını və onların erməni girovluğundan azad edilməsi üçün danışıqlar aparmağa çalışdıqlarını bildirir.

Dünən Azərbaycanın sərhəd rayonu olan Ağdamda prokuror çərşənbə günü burada əsirlikdə saxlanılan eyni sayda ermənilər ilə dəyişdirilmiş beş nəfər azərbaycanlı girovların arasında olan bir qadını dindirdi. Onun idarəsi dünən növbəti dəfə girovları dəyişdirməyə çalışırdı.

Azərbaycan yaşayış məntəqəsi olan Xocalıda telefonçu işləmiş və keçən həftə ermənilər tərəfindən əsir götürülmüş 20 yaşında olan Dürdanə Ağayeva erməni rayonu olan Əsgəranda Polis Şöbəsinin təcridxanasında daha 30 nəfər qadın ilə birlikdə saxlanıldığını söylədi. O, özünün şəhər ətrafında meşədə gizlənərkən Xocalıdan olan onlarla, bəlkə də yüzlərlə qonşularını öldürən erməni silahlıları tərəfindən tutulmasından sonra oraya gətirildiyini söylədi.

Qardaşı, daha iki qız və bir uşaq onunla birlikdə buraxıldı, lakin onlar ciddi şəkildə xəsarət aldığından dərhal dindirilməyə hazır deyildi və Bakıya hospitala göndərildi. Ağdama çatdıqdan sonra ona verilmiş isti qara palto geyinən xanım Ağayeva ayağında olan güllə yarası səbəbindən prokurorluq idarəsinə axsayaraq daxil oldu.

Prokuror Zahid Tağıyev həmin beş nəfərin hazırkı münaqişəyə kimi Azərbaycan ərazisində törətdiyi adi cinayətlərə görə həbs olunan ermənilərlə dəyişdirildiyini söylədi. O, azərbaycanlıların öz həmvətənlərini (ölmüş adamların meyitləri hələ də dağlara səpələnmiş vəziyyətdədir) ermənilərə neft ilə verməklə geriyə qaytardıqları ilə bağlı xəbərləri təkzib etdi, lakin o, əvvəllər fərdi şəxslərin öz qohumlarını bu yolla geriyə qaytardıqlarını etiraf etdi.

Xocalı işğal olunduqdan sonra ermənilər Şuşa istisna olmaqla faktiki olaraq Dağlıq Qarabağa nəzarət edirlər.

Ağdamda emosional kütlə keçmiş Sovet qüvvələrinin Stepanakerti tərk etməsinin qarşısını almaq məqsədilə ermənilərin girovları yolda yerə uzanmağa məcbur etmək üçün saxladıqlarını bildirir. Lakin prokuror bu barədə sübutlara malik olmadığını və ermənilərin bunu etmək üçün bu qədər qeyri-insani ola biləcəyinə inanmadığını söylədi.

Xanım Ağayeva onun və Əsgəranda saxlanan digər şəxslərin döyüldüyünü və ermənilərin onları əqli işgəncəyə məruz qoyduqlarını söylədi. “Biri dedi ki, mənim başımı kəsəcək. O, zarafat etmirdi. Lakin sonra digəri onu sakitləşdirdi və məni dəyişdirməyin daha yaxşı yol olduğunu söylədi. Elşad [qardaşı] mənimlə gəlməyənə qədər mən getməkdən imtina etdim.”

Prokuror Xocalının bütün dağlar boyunca səpələnmiş cəsədlərini nümayiş etdirən Azərbaycan televiziya filmini göstərdi. Prokurorun bildirdiyinə görə 200 meyit geri götürülüb və daha 1500-ü ehtimal ki hələ də donmuş vəziyyətdə dağlarda qalır.

Rusiyanın Prezidenti Boris Yeltsin münaqişədə vasitəçilik etmək üçün yeni planlarını elan etdi, lakin onun və ya digər kənar şəxslərin bir şey əldə edə bilməsi imkanları məhdud görünür. Xocalıdan sonra azərbaycanlılar qisas istəyir. Hətta Bakıdakı siyasətçilər təmkinli olmağa çağırsalar da cəbhədə vuruşan şəxslər – keçmiş heykəltəraş Yaqub Rzayev, Qarabağ Qırğıları adlanan müstəqil müdafiə birliyinin saqqallı komandiri kimi adamlar ehtimal ki onlara məhəl qoymayacaq. O, Xocalıda öz oğlunu itirib, lakin deyir ki, bu müharibənin normal qiymətidir. Onu qəzəbləndirən ermənilər tərəfindən öldürülən qadın və uşaqlardır. Onlar bunu cavabını tezliklə alacaqlar. “Ermənilər məni tanıyır və bilir ki, mən heç vaxt onları bağışlamayacağam,” söylədi. “nə qədər ki, mən yaşayıram onlar Qarabağda yaşamayacaq.”

Moskva – AFP xəbər verir ki, bir neçə xəbər agentliyi tərəfindən toplanmış məlumata əsasən dünən Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qüvvələri arasında baş verən toqquşma zamanı ən azı 57 nəfər öldürülüb.

Rusiya informasiya agentliyi erməni məntəqəsi olan Qazançını ələ keçirmək üçün gedən ağır döyüşlər zamanı 25 nəfərin öldürüldüyünü xəbər verir, Interfaks Martakert kəndində gedən döyüşlər zamanı 15 nəfər erməni və 7 nəfər azərbaycanlının öldürüldüyünü və 10 nəfərin erməni raket hücumundan öldüyünü bildirir.

 

Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014.