Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
The Washington Post, 28 fevral 1992-ci il

Tomas Qoltz, Ağdam, Azərbaycan, 27 fevral

Dağlıq Qarabağın müharibə zonasının şərqində yerləşən şəhərin baş məscidinin rəsmilərinin bildirdiyinə görə Ermənistan silahlı qüvvələrinin çərşənbə günü ələ keçirdikləri müharibə zonasındakı Azərbaycanın şəhərindən gətirilən 27 cəsədi bu gün dəfn ediblər.

Anklavın paytaxtı Stepanakertdən şimal-şərq məsafədə yerləşən 6000 nəfərlik Xocalıdan qaçan qaçqınlar qadın və uşaqlar da daxil olmaqla 500-ə qədər insanın hücum zamanı öldürüldüyünü iddia edirlər. Bu şəraitdə nə qədər insanın öldüyünü təxmin etmək mümkün deyildi. Ağdam məscidinin rəsmisi Səid Muan oğlu Sadıqov deyir ki, çərşənbə günündən etibarən qaçqınlar məsciddə 477 Xocalı faciəsinin qurbanının adını qeydiyyatdan keçirmişlər.

Azərbaycanın paytaxtı Bakı rəsmiləri Xocalıda hücum zamanı 100-ə qədər ölüm olduğunu qiymətləndirdiyi halda Ermənistanın paytaxtı Yerevan rəsmiləri isə hücum zamanı yalnız iki azərbaycanlının öldürüldüyünü bildirir. Bakı rəsmisi isə hökumətin azərbaycanlıların öldürülən əhalinin sayını bildikdən sonra onlara qarşı çıxacaqlarından ehtiyat etdiyini deyir.

Bu gün burada 7 cəsəd var idi, onların ikisi uşaq, üçü isə qadın idi, bir nəfərin yaxın məsafədən sinəsinə açılan atəş nəticəsində öldüyü görünür. Çoxu bıçaq zərbəsindən yaralanan digər 120 qaçqın isə Ağdam xəstəxanasında müalicə olunur.

Ağdama çərşənbə günü gecə gələn Raisə Aslanova ermənilərin çərşənbə axşamı Xocalıya hücum edən zaman “ancaq atəş açdıqlarını, aramsız olaraq atəş açdıqlarını” deyir. O, həyat yoldaşının və qaynının öldürüldüyünü, qızının isə itkin düşdüyünü dedi.

Dağlıq Qarabağın dağlıq ərazisindən bura gələn qaçqınlar sırasında erməni gizirlərinin onları ″müsəlman olduqlarına″ görə döydüyü üçün hərbi hissəni cümə günü tərk edərək Xocalıya sığınan keçmiş SSRİ Daxili İşlər Nazirliyi qüvvələrinin iki nəfər türkmən əsgərləri də var idi.

Fərarilər xidmət etdikləri 366-cı alayın Xocalını ələ keçirən Ermənistan silahlı qüvvələrinə dəstək göstərdiyini bildirir. Onlar qadınlara və uşaqlara xilas olmağa kömək etdiklərini deyirlər. ″Bir qrup insanı dağların arası ilə keçirərkən ermənilər bizi tapıb atəş açmağa başladılar″, fərarilərdən biri Ağamehmet Mütif dedi. ″On iki nəfər öldürüldü″.