Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Milliyyet, 15 mart 1992-ci il

Rəhbər Bəşiroğlu

Qarabağda doğulmuş və boya-başa çatmışam. Qarabağın bir daşını İsveçrənin ən gözəl dağlıq şəhərlərinə dəyişmərəm. Vaxtilə ilahi gözəllik məkanı olan doğma kəndimin soyuq və boş dərələrindən indi qan axır...Axan mənim minlərlə soydaşımın qanıdır...Küçələr, kolların kökləri qarınları qəddar erməni süngülərinə tuş gələn qonşularımla, dırnaqları çıxarılan və burunları kəsilən dayılarımla, əllərində siqaret söndürülən və gözləri çıxarılan bacıoğlu və qardaşlarla doludur...

Gördüyüm bunlardır...Lakin, ürəyinizin gücü çata bilməyəcək ifadələrə malik bir şahidim var: 

Uşaq əvvəl süd içdi, sonra qan

“Xocalıdan çıxan və Qaraqaya meşəsində işgəncəyə məruz qalan soydaşlarla görüşdük. Gözləri çıxarılmış adamlar hara getdiklərini bilmirdi. Bəzilərinin qulaqları və burunları kəsilmişdi...Ermənistan hücumu zamanı ayağını itirən yaşlı kişi don vurmadan ölmüşdü...”

Bütün bunları Ağdam şəhər könüllü ordu komandirlərindən biri olan Zahid Ağdamlı söylədi; onun gözləri dolmuşdu...

Lakin mənim üçün başqa bir nəfərdən eşitdiyim hekayə daha dəhşətli idi:

“Bir gənc qadın uşağını əmizdirərkən öldürüldü. Onun döşü kəsildi. Kəsilmiş döş hələ də altı aylıq uşağın ağzında qalmışdı. Uşaq bir müddət süd içdi və sonra isə qan. Daha sonra uşaq soyuqdan donaraq öldü...”

Xocalının meri Elman Məmmədov qətliam barədə acı xatirələrini danışır: “Nə İkinci Dünya Müharibəsində alman faşistləri, nə də ki Vyetnamda döyüşçülər belə qəddar olmamışlar. Lakin Qarabağda ermənilər Azərbaycan türklərinə qarşı belə bir qəddarlıq törətdilər.”    

Şahid ifadələri

Hər səfər etdiyim kənddə törədilən cinayətlərin şahidləri ilə söhbət etdim. 72 yaşlı Hüseyn İbrahimoğlu onlardan biri idi.

“Mən türkəm. İki dəfə sürgünə məruz qalmışam – Stalin vaxtında Ahıskadan və Qorbaçovun zamanında Özbəkistandan. Lakin bu vaxta qədər bizə qarşı belə qəddarlıq görmədim. Ermənilər iki saata kəndimizi yerlə-yeksan etdi...Bütün kənd yandırıldı. Uşaqlarımızı və azyaşlıları qəddarcasına öldürərkən onlar “Siz türksünüz” deyə qışqırırdılar.”

69 yaşlı nənə Xatunun hekayəsi daha əzabvericidir:

“İki nəvəm – qız və oğlan – gözlərimin önündə öldürüldü. Mən ağır şəkildə yaralandım. Ermənilər deyirdilər: “Biz Sizi öldürməyəcəyik, lakin nəvələrinizin necə ölməsinə baxacaqsınız.” Mən onlara məni öldürmək və nəvələrimə toxunmamaq üçün yalvardım, lakin onlar mənə qulaq asmadılar.”

Milli Ordunun 23 yaşlı əsgəri Nizami Sultanoğlu onun şahidi olduğu hadisələr barədə danışdı:

“Xocalının Qaraqaya kəndində erməni əsgərləri azərbaycanlıları tanklarla yerə basdırdı.”

 

Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014