Moskva, 4 mart – Azərbaycan bu gün keçmiş Sovet ordusunu mübahisəli Dağlıq-Qarabağ anklavında mühasirəyə alınmış şəhərdən xilas olmağa çalışan azərbaycanlıları öldürməkdə təqsirləndirdilər.
Mətbuat konfransında rəsmilər onlarla meyidi göstərən video lent nümayiş etdirdilər. Azərbaycan prezidentinin mətbuat katibi Rasim Ağayev Xocalıda keçən həftə hücumda ən azı 1000 nəfərin öldürüldüyünü bildirdi.
Cənab Ağayev hazırda Müstəqil Dövlətlər Birliyinin nəzarətində olan və regiondan çıxarılması barədə əmr verilən 366-cı motoatıcı alayın zirehli piyada maşınları və tanklarının 25-26 fevral tarixində Xocalını mühasirəyə aldığını söylədi.
Birliyin ordusunun sözçüsü polkovnik İvan Skrilnik azərbaycanlıların iddialarını təkzib etdi.