Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Komsomolskaya Pravda, 3 mart 1992-ci il

Bizə bu şəkilləri xəbər-servisin foto müxbiri Oleq Aleksandroviç Litvin verib. O, bu şəkilləri Xocalıda çəkib. Birinci şəkil şəhərin müdafiəsinin rəhbəri olmuş mayor Əlif Hacıyevi göstərir. Şəkildə o hələ sağdır...O, əhalini atışmadan xılas edərkən ölüb. Bununla o, öz Belarus həyat yoldaşı və iki uşağını arxada qoyur.

Bu uşaqların, qardaşların bəxti gətirib. Onlar Ağdamda hospitalda sağdırlar. İki qardaş oxşar güllədən yaralanıb – biri əlindən, digəri isə sinəsindən.

Burada lap çox qəbirlər mövcuddur. Lakin, həmin dəhşətli gecənin heç də bütün qurbanlarına yas saxlamaq və onları dəfn etmək mümkün olmayıb. Atışma zonasından cəsədləri götürmək çətindir. Xocalıda ölənlərin xatirəsinə məscidlərdə, pravoslav kilsələrində və sinaqoqlarda mülki yas mərasimləri təşkil edilir.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin son məlumatına görə Ermənistan silahlı qüvvələrinin şəhərin ələ keçirilməsi üzrə əməliyyatı zamanı 300-dən çox şəxs girov götürülüb. Xocalını tərk etməyə cəhd edən 500-1000 nəfər mülki şəxs Ağdam yolunda əsir götürülüb və onların bir çoxları öldürülüb. Xocalıdan kiçik qrup əhali Ağdama gəlir. Yaralı və ölmüş adamlar döyüş əməliyyatları zonasından çıxarılır. Eyni zamanda, amansız raket və artilleriya atəşi Qarabağdakı Azərbaycan yaşayış məntəqələrinə - Şuşa və Laçına atılmaqda davam edir. Bu məntəqələr arasında əlaqə yoxdur.

R. Ağayev, Prezidentin Mətbuat Katibi Ermənistanın silahlı birləşmələrinin müxtəlif qruplarının zirehli texnikaları ilə birlikdə 120 km-lik Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistan tərəfdə toplandığını bildirdi. 

 

Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014