Xocalı faciəsi
Şəhərin İcra hakimiyyətinin rəhbəri Elman Məmmədov bir neçə saat ərzində 22 nəfər qohumunu itirdi, onların arasında anası da var. O söyləyir ki, mühasirədə olan Xocalı öncə ağır artilleriya atəşinə tutuldu. Şəhərə hər dörd tərəfdən alazan raketləri, tanklar, zirehli və piyada döyüş maşınlarından fasiləsiz olaraq atəş açılırdı. Şəhərin məhv edilməsi üçün saatlarla davam edən artilleriya zərbələri nəticəsində hər şeyin dağıdılması və yandırılmasından sonra zirehli texnikanın dəstəyi ilə piyada silahlıları hücuma başladı. Şəhərin bəzi sağ qalan müdafiəçiləri və mülki əhali buz bağlamış çayın ətrafında yerləşən meşəyə üz tutdu. “Bütün gecə boyunca qadınlar, uşaqlar, yaşlılar və yaralılar da daxil olmaqla bizim dəstə meşə boyunca hərəkət etdi. Səhərə yaxın biz meşəni tərk etmək üzrə idik – qarşıda erməni kəndi olan Naxçıvanik dururdu. Məhz burada biz yaxın məsafədən pulemyot və avtomat silahlardan atəşə tutulduq. Onlar amansız şəkildə taqəti tükənmiş canlılara atəş açdılar. Xeyli sayda həmvətənim, dost və qohumlarım burada həyatını itirdi. Yeddi nəfər yoldaşımla birlikdə biz avtomat silahlarla onları müdafiə etməyə çalışırdıq. Lakin əbəs yerə. Hər tərəfdən əlaqə kəsilərək 12 saat ərzində biz atəş səbəbindən əlimizi belə qaldıra bilməyərək bir qarlı dərədə qaldıq.”
Xocalı şəhərinin prokuroru Atakişi Atakişiyev deyir: “Şəhər yer üzündən silindi. Uzun müddət ümid etdiyimiz kömək gəlmədi.”
Etnik münaqişəyə cəlb olunmaq istəmədiyindən 366-cı alayı tərk edən alayın siraviləri Yuri Yaxnoviç, Aleksey Boqdanov, Pavel Antipin və Pavel Zuyev bunları söylədi.
Aleksey Boqdanov – “Alayın bir çox zabitləri, demək olar ki bütün gizirləri və əsgərlərinin bəziləri ermənidirlər. Onlar bölükdən axşam döyüş üçün tam təchiz edilmiş piyada döyüş maşınlarını götürə və səhər “boş” vəziyyətdə geriyə qayıda bilərlər.”
Müharibənin sərhədləri və miqyası genişlənir.
Zaur Qədimbəyov
(Pravda müxbiri)
Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014