ABŞ-ın Nyu-Cersi ştatından olan konqresmen Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümləri ilə bağlı ABŞ Konqresində bəyanatla çıxış edib.
Konqresmen D.Peyn bəyanatında 1990-cı il yanvarın 20-də Sovet ordusunun dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini və nəticədə onlarla insanın öz həyatını itirdiyini qeyd edib. O, həmçinin Azərbaycanın işğal olunmuş ərazisində yerləşən Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə aralarında qadın və uşaqların da olduğu 600-dən çox dinc sakinin qətlə yetirildiyini bildirib.
Bəyanatda bu faciəvi tarixlərin anılması ilə bağlı Konqresin digər üzvlərinə də çağırışlar əks olunub.
Sonda konqresmen Azərbaycanın strateji baxımdan əhəmiyyətli bölgədə ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayıb.