Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
09 Fevral 2016

Çilinin “Xalq Demokratiyası uğrunda Araşdırmalar Mərkəzi”nin (Centro de Estudios para la Democracia Popular – CEDEPU) internet səhifəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Çili Respublikasındakı diplomatik missiyasının müvəqqəti işlər vəkili Orxan Hacıyevin (http://diplomadoscedepuchile20092012.blogspot.cl/2016/02/613.html və http://cedepu.blogspot.cl/?view=magazine) internet səhifəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan “613” başlıqlı məqaləsində Ermənistanın Azərbaycanına qarşı hərbi təcavüzü barədə geniş məlumat verilib. Məqalədə bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri, Xankəndidə yerləşən, keçmiş sovet ordusunun 366-cı alayının köməkliyi ilə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib.

“Xocalı soyqırımı XX əsrin ən qəddar faciələrindən biridir. Soyqırımı nəticəsində 613 Xocalı sakini qətlə yetirilib. Onların arasında 106-sı qadın, 83-ü uşaqdır. 56 nəfər misli görünməmiş vəhşiliklə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib”, - deyə məqalədə vurğulanır.

Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri barədə də məlumat verilib. Həmçinin dünya mətbuatının Xocalıda baş verən qətliama münasibətindən də bəhs olunaraq, Ermənistanın hazırki prezidenti Serj Sarkisyanın Xocalı soyqırımında iştirakını təsdiq edən və britaniyalı tədqiqatçı-jurnalist Tomas de Vaala verdiyi məşhur müsahibəsindəki etirafı da yazıda yer alıb.

Məqalə eyni zamanda İspaniyanın “El Diario Exterior” portalında da dərc olunub.