Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev bu ölkənin tanınmış “AfroFM” radiosunun canlı efirində Xocalı soyqırımı haqqında danışıb.

Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı xüsusi amansızlıq və qəddarlıqla cinayətlərin törədildiyini qeyd edən səfir dünyanın 10-dan çox ölkəsinin, eləcə də ABŞ-ın 20-dən artıq ştatının Xocalı soyqırımını tanıdığını və pisləndiyini vurğulayıb. Cinayətkarların cəzasız qalmayacaqlarını bildirən diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası barədə məlumat verib. O, kampaniyanin dünya ictimaiyyətinin məlumatlandırılmasına və Xocalıda törədilmiş bu cinayətlərə hüquqi və siyasi qiymətin verilməsinə yönəldiyini deyib. Ermənistanın silahlı qüvvələri tərəfindən Xocalıda uşaqlara, qadınlara və yaşlılara qarşı törədilmiş vəhşiliklərdən dəhşətə gələn proqramın aparıcısı bu cinayətlərə beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət veriləcəyinə ümidvar olduğunu bildirib.

Səfir E.Abdullayev cinayətkar hərbi diktatura rejimi tərəfindən idarə olunan Ermənistanın beynəlxalq ictimaiyyətin mövqeyinə qarşı hörmətsizlik nümayiş etdirərək, Azərbaycan ərazisinin 20 faizini hələ də işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini yerinə yetirmədiyini, 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz tarixi torpaqlarına qayıda bilmədiyini vurğulayıb və qeyd edib ki, dünya ictimaiyyəti bu ədalətsizliyə biganə qalmamalıdır.

Müsahibənin sonunda səfir ölkəmizin tarixi, mədəniyyəti, tolerantlığı haqqında dinləyicilərə məlumat verib və Azərbaycanın mədəniyyətlərarası dialoqun aparılmasında xüsusi rolu barədə danışıb.