Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
05 İyul 2022

Qüds şəhərində 20-ci əsrin sonlarının ən dəhşətli faciələrindən biri olan Azərbaycanın Xocalı şəhərində erməni quldur dəstələri tərəfindən dinc əhaliyə qarşı kütləvi şəkildə törədilmiş cinayət qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə tədbir keçirilib.

İsraildə yaşayan azərbaycanlılar, eləcə də bütün Azərbaycan diasporu və Azərbaycan xalqı bu il Azərbaycan xalqının yaddaşında sağalmamış yara kimi ilişib qalmış faciənin 30-cu ildönümünü qeyd edir.

Birinci Qarabağ müharibəsi zamanı Ermənistan 1992-ci il fevralın 26-da Azərbaycanın 7 min nəfərdən ibarət Xocalı şəhərinin əhalisinə qarşı soyqırımı aktı həyata keçirib.

Qırğınlar nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər həlak olub. Hücum zamanı ümumilikdə 1000 mülki şəxs əlil vəziyyətə düşmüşdür. 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 günahsız sakin girov götürülüb.

Xocalı faciəsi Ermənistanın Azərbaycan torpaqlarını zəbt etmək üçün apardığı təcavüzkar siyasətin yalnız bir məqamıdır ki, nəticədə Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbirdə iştirakçılarına xalqımızın başına gətirilən bu faciədən danışıb.

“Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkil etdiyi tədbirdə İsrail-Azərbaycan parlamentlərarası qrupun sədri, Knessetin (İsrail parlamenti) deputatı Elina Bardaç Yalov çıxış edərək bildirib ki, yəhudilər milli mənsubiyyətinə görə dinc insanlarının vəhşicəsinə qətlə yetirildiyi Azərbaycan xalqını heç bir başqa xalqın başa düşmədiyi qədər anlayır və rəğbət bəsləyir.

Tədbirdə Milli Məclis rəhbərliyinin göstərişi ilə Bakıdan gəlmiş millət vəkili Sevil Mikayılova da çıxış edib. “Pisqat Zeev” Mədəniyyət Mərkəzinin direktoru xanım Yael Koen bütün qonaqları salamlayaraq, Qüds sakinləri üçün belə mühüm tədbirin təşkilinə görə “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasına təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycanın İsraildəki Turizm Nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, “Passage” jurnalının baş redaktoru, sənətşünaslıq doktoru Nərminə Ağası və digər rəsmi şəxslər də iştirak ediblər.

Bakıdan xüsusi olaraq dəvət olunmuş tanınmış pianoçu, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və İsrail opera müğənnisi Camellia İoffe mədəni proqram çərçivəsində Azərbaycan melodiyalarını və dünya klassik musiqi əsərlərini ifa ediblər.