Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
18 Fevral 2021

İtaliyanın “agenziastampa.net” xəbər portalında “Xocalı soyqırımı” sərlövhəli məqalə dərc olunub.

Dərc edilən yazıda Qarabağ münaqişəsinin tarixi, Ermənistanın 1990-cı illərin əvvəllərindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyi, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə qarşı dəhşətli soyqırımı törətdiyi, bu münaqişəyə yalnız 2020-ci il sentyabrın 27-dən başlayan İkinci Qarabağ savaşı ilə son qoyulduğu barədə ətraflı məlumat verilib.

Yazıda Xocalı soyqırımı şahidlərinin, 1992-ci ilin fevralında kütləvi qətliama məruz qalmış xocalılıların cəsədlərini lentə alan azərbaycanlı reportyor Çingiz Mustafayevi müşayiət edən rus jurnalist Yuri Romanovun və azərbaycanlı neyrofizioloq Kamal Əlinin erməni vəhşiliyi barədə fikirlərinə yer verilib.

Bildirilib ki, Xocalı soyqırımının təşkilatçılarından biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaala verdiyi müsahibədə şəhərdə törədilənləri etiraf edib. Erməni yazıçı Markar Melkonyan isə Xocalı soyqırımının canilərindən biri olan qardaşı Monte Melkonyana həsr etdiyi kitabında erməni əsgərlərinin dinc xocalılıları qətlə yetirdiklərini yazıb.

Qeyd edilib ki, dünyanın bir sıra ölkələri bu qətliamı rəsmən soyqırımı kimi tanıyıb, lakin indiyədək dəhşətli cinayətin törədilməsində şəxsən iştirak etmiş Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryan, eləcə də digər yüksək vəzifəli zabitlər məhkəməyə cəlb olunmayıblar.