Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2023

Türkiyədə zəlzələ bölgəsində fəaliyyət göstərən Azərbaycan könüllüləri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar könüllü gənclərimiz Kahramanmaraş şəhərində salınmış Xocalı parkını və burada ucaldılan abidəni ziyarət edib, faciə qurbanlarının xatirəsini yad ediblər.

Daha sonra Azərbaycan könüllüləri tərəfindən Xocalı parkının ərazisində zəlzələ qurbanları üçün müvəqqəti salınmış çadır şəhərciyində təmizlik işləri aparılıb, yerli əhaliyə isti içkilər təqdim edilib, habelə uşaqlara şirniyyat paylanılıb.