Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
05 İyul 2022

Kanada Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) (Network of Azerbaijani Canadians) təşkilatçılığı ilə Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edilib.

Petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü cənab Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1 500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib.

Petisiyanı parlamentdə təqdim edərkən Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800 000-dən artıq azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.

Petisiyada, Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi, və gələcəkdə Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi məqsədilə iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası və eləcə də arasında münasibətlərin normallaşdırılması səylərinə Kanada tərəfindən dəstəyin verilməsi tələb edilir.

Petisiya üçün imzalar toplanmasında Kanadada yaşayan azərbaycanlılar aktiv iştirak ediblər.