Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Londonda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konserti keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Anım konsertinin tamaşaçıları arasında rəsmi şəxslər, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, ictimaiyyətin nümayəndələri, Londonda yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr olublar.

TEAS-nin direktoru Lionel Zetter və Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov konsertdən əvvəl çıxış ediblər.

Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (pianino), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adgözəlovun, G. Perqolesinin, J. Massenetinin repertuarından Azərbaycan və Qərb klassik musiqiləri səsləndirilib.