Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
05 İyul 2022

Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj stories” adlı layihəyə başlanıldı. 

Sevinj stories “30 il öncə “Instagram” olsaydı və balaca Sevinc baş verənləri “story” kimi çəkib paylaşsaydı, Xocalıda nələrə şahid olardıq?” sualına cavabı təqdim edir.

Personajlar xəyal məhsulu olsa da çəkilişlərdə Xocalı soyqırımı qurbanlarının ifadələrinə əsaslanaraq real hadisələr canlandırılır. Layihənin rəsmi sosial media hesablarında fevral ayının 1-dən başlayaraq faciənin anım gününədək hər gün qısa videoçarxlar paylaşılacaq. Sevincin hekayələrinə baxdıqca izləyicilər Xocalı sakinlərinin nələr yaşadığını daha dərindən hiss edəcəklər.

Xarici və yerli auditoriya üçün nəzərdə tutulan sosial media layihəsinin əsas məqsədi Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığını artırmaq, soyqırımı qurbanlarının xatirəsini yad etmək və gənc nəsil tərəfindən unudulmamasına nail olmaqdır.

Aşağıdakı linklər vasitəsilə Sevincin hekayəsini daha yaxından izləyə bilərsiniz:

Instagram: https://www.instagram.com/sevinj.stories/

TikTok: https://www.tiktok.com/@sevinj.stories

“Sevinj stories” layihəsi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya Ədalət” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə ərsəyə gətirilmişdir.