Xocalıda mənim kürəkənimi öldürdülər və biz onun dörd övladını himayəyə götürdük. Ağdamda dörd otaqlı iki mərtəbəli evimiz var idi. Qarabağın ən zəngin yerində yaşayırdıq. Uşaqların hər birinin ayrıca otaqları var idi. Evimiz hərbi hissənin və un dəyirmanının yaxınlığında idi. Onlar daim bizim evi atəş altında saxlayırdılar...Yenicə nişanlanmış bir qızın Qrad raketi ilə necə qətlə yetirildiyini xatırlayıram. Həyat yoldaşım inşaatçı idi. O faciədən qabaq həlak oldu – bir çox adamlar 1988-ci ildə hücumlar başlandıqdan sonra keçirdiyi sarsıntılar nəticəsində həlak oldu.
Biz heç bir əşyasız, yalnız ədyal ilə yola düşdük. Yola çıxanda mən təlaş içində idim, böyük oğlumun məni çağıran səsini eşitmirdim...Biz sağ qalmaqdan başqa heç nə barədə düşünmürdük. Orada biz ölülərlə sağ qalanlar arasında idik...qabaqcadan heç bir xəbərdarlıq edilməmişdi, hücum qəfildən baş vermişdi.
Kiçik oğlum torpaqlar azad olunduqdan sonra oraya ayaqyalın qaçacağını söyləyir. Hər kəs fabrik və zavodlarda işləyirdi.
Böyük nəvəsi İlahə hələ hücumdan öncə Xocalının mühasirəyə alınması barədə danışdı.
Atam özünümüdafiə dəstəsində xidmətdə olarkən hücumdan iki gün qabaq öldürüldü. Mənim yeddi yaşım var idi.
Sonuncu hücum baş verərkən mən, qardaşım və iki bacım nənəmlə birlikdə Ağdamda idik. Xocalıda həkimlər yox idi, bütün yollar ermənilər tərəfindən mühasirəyə alınmışdı, buna görə biz Ağdama helikopterlə gəldik.
Söhbəti apardı: Ian Peart
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014